Bu şirkət Krasnoyarskdan Bakıya uçuşlara başlayır

Bu şirkət Krasnoyarskdan Bakıya uçuşlara başlayır

Rusiyanın “İrAero” şirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır.

AzerTimes xəbər verir ki, bu barədə Krasnoyarsk Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Aprelin 2-dən “İrAero” həftədə bir dəfə – bazar günləri Krasnoyarskdan Bakıya uçuşlar yerinə yetirəcək. “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək uçuş 4 saat 50 dəqiqə davam edəcək.

Teqlər: