Bu siqaret yenidən 25% bahalaşdı

Bu siqaret yenidən 25% bahalaşdı

Dükan və marketlərdə “Sobranie” siqaretlərində süni qiymət artımları var.

AzerTimes xəbər verir ki, “Sobranie” siqaretlərinin satışı bir müddət öncə bərpa edilib.

Belə ki, Ukraynadakı müharibə ilə əlaqədar tütün məmulatlarının tədarük zəncirində qırılma baş verdiyi üçün müəyyən çətinliklər yaşansa da, hazırda problemin aradan qaldırıldığı hiss edilir. Digər mənbədən tədarük isə tütün məmulatlarının qiymətinə təsir edib, hazırda siqaretlər 10 qəpik bahalaşıb. Bu sıraya “Sobranie” də daxildir və onun satışı 4,1 manata qalxıb.

Lakin hazırda böyük marketlərdə yenidən bu siqaretlərin çatışmazlığı müşahidə edilir. Bu isə bəzi kiçik dükan və köşklərə qiymət manipulyasiyasına imkan tanıyıb. Bu gün bu satış məntəqələrində “Sobranie” yenidən 4,5-5 manata təklif edilir.

Teqlər: