Bu silahlarla Ukrayna işi bitirə bilər – Kleverli

Bu silahlarla Ukrayna işi bitirə bilər – Kleverli

Ukraynanın hazırda aldığı “Challenger” tankları və digər silahlar işi bitirmək və Rusiya ilə müharibədə qalib gəlmək üçün bir vasitədir.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.

“Əgər dostlarımız gələcəkdə sülh danışıqlarına başlamaq qərarına gəlsələr, biz onların uzunmüddətli nizamlanmaya nail olmaq üçün mümkün olan ən güclü mövqedə olmalarını istəyirik”, – Kleverli bildirib.

Britaniya diplomatiyasının rəhbəri qeyd edib ki, indi rusların mənəviyyatı son həddə çatıb, ona görə də Qərb Ukraynaya silah tədarükü məsələsini sürətləndirməlidir.

Teqlər: