İnsanların bilavasitə idarə etdiyi silahlar artıq müasir müharibə üçün uyğun deyil.
AzerTimes xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask deyib.
“Aviadaşıyıcılar, insanların idarə etdiyi hər şey kimi, köhnəlmiş texnologiyalardır”, – Mask bildirib.
Qeyd edək ki, bir neçə gün öncə İlon Mask gələcəkdə müharibələrin tamamilə dronlar tərəfindən aparılacağını demişdi.