COVİD-19-la mübarizədə iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin vaxtı uzadılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Dəyişikliklə COVİD-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına verilən əlavənin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.