Bu şəxslərin maaşı artırıldı

Bu şəxslərin maaşı artırıldı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli bu Qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Sıra

№- si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

İşçi qrupunun rəhbəri

1760

2.

İşçi qrupunun rəhbərinin müavini

1228

3.

Baş məsləhətçi

890

4.

Böyük məsləhətçi

794

Teqlər: