Bu şəxslərə verilən təqaüd artırıldı

Xəbər - Humay Ağacanova – Trend:

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən təqaüdün məbləği artıb.

Trend-in məlumatına görə. fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 50 manatdan 80 manata qaldırılıb.


Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Teqlər: