Bu şəxslərə verilən pensiya artırıla bilər

Vəfat etmiş işləyən pensiyaçının pensiyasının yenidən
hesablanması üçün hüquqi baza yaradılacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev AzerTimes-a
bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna
dəyişiklik edilir.

M.Quliyev bildirib ki, bu imkan verəcək ki, vəfat etmiş şəxs
pensiyaya çıxdığı vaxtdan sonra topladığı istifadə olunmamış
pensiya kapitalının yenidən hesablanaraq ailə başçısını itirməyə
görə ailəyə təyin olunan pensiyanın məbləğinin artırılması mümkün
olsun.

Teqlər: