Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez
pensiyaya çıxmaq hüququ veriləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev AzerTimes-a
bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna
dəyişiklik edilir.
O qeyd edib ki, belə bir güzəşt analara verilmişdi, amma atalara
verilməmişdi. “Dəyişikliklərə əsasən atalara da belə bir güzəştin
verilməsi nəzərdə tutulur”, – deyə komitə sədri əlavə edib.