Xəbər - Ceyhun Ələkbərov – Trend:
Sahə həkiminin müaşhidəsindən imtina edən koronavirus xəsətəsinə 14 günlük karantin müddətinin başa çatması ilə bağlı SMS gəlməyə bilər.
AzerTimes xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildiriblər. Qeyd olunub ki, bundan əlavə, koronavirusa yoluxmuş şəxsə tibbi müəssisədə müalicə təyin edilirsə, həmin vətəndaşa da SMS göndərilmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə qeyd edib ki, adı E-Təbib tətbiqində aktiv koronavirus xəsətəsi kmi qeyd olunan şəxs yaşadığı ünvanı tərk edərsə, məsuliyyətə cəlb olunur: “Vətəndaş aktiv koronavirus xəstəsi kimi qeydiyyata düşdüyü andan portalda adı olur. Yalnız 14 günlük karantin müddəti bitəndən sonra sağlamlıq vəziyyəti nəzərə alınaraq onun adı portaldan çıxarılır”.
Twitter: @JeyhunAlakbar