Xəbər - Humay Ağacanova – Trend:
Şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı”
statusuna görə təqaüd verilməyəcək.
Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Mətbuat katibi Fazil Talıblı sosial şəbəkə
hesabında paylaşım edib.
“Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə
üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350,
III dərəcə üçün 300 manat) ödənilir.
Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm
müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan
iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir”,
– deyə qeyd edib