Bu şəxslərə bayramla əlaqədar pul verildi

8 Mart – Qadınlar Günü münasibətilə Azərbaycanda bir sıra Universitetlərdə xanım əməkdaşlara pul mükafatları verilib.

AzerTimes Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı Universitetlərin rektorları əmr imzalayıb.

Aşağıdakı Universitetlərin xanım əməkdaşları mükafatlandırılıb:

– Bakı Ali Neft Məktəbi – 300 AZN

– İqtisad Universiteti (UNEC) – 150 AZN

– Azərbaycan Texniki Universiteti – 150 AZN

– Mingəçevir Dövlət Universiteti – 150 AZN

– Naxçıvan Dövlət Universiteti – 100 AZN

– Bakı Slavyan Universiteti – 100 AZN

– ADPU Şəki filialı – 100 AZN.