Bu şəxslərə banan və portağal yemək tövsiyə edilmir

Bu şəxslərə banan və portağal yemək tövsiyə edilmir

Böyrək problemi olan insanlar üçün banan və portağal yemək tövsiyə edilmir.

AzerTimes xəbər verir ki, bu haqda həkim-diyetoloq Silviya Melendes Klinqer məlumat verib.

Onun sözlərinə görə, banan və portağal çox faydalı məhsul olsa da, tərkibində böyük miqdarda kalium olduğu üçün böyrək problemi olan şəxslər bundan çox ehtiyatla istifadə etməlidirlər:

“Qanda kaliumun səviyyəsinə nəzarət böyrəklərin əsas funksiyasıdır. Böyrəklər zəifləyirsə və insan kaliumla zəngin qidalar qəbul edərsə, o zaman orqanizmi həddindən artıq yükləyə bilər. Ona görə də böyrək problemi olanlara bu meyvələrin istehlakını minimuma endirməyi məsləhət görürəm”.

Teqlər: