Bu şəxslər şirniyyat yeməməlidir

Bu şəxslər şirniyyat yeməməlidir

Həddindən artıq tort və digər un məmulatları kimi şirin və yağlı qidalar xroniki xəstəlikləri şiddətləndirə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Samara Elmi-Tədqiqat Diyetologiya və Pəhriz Terapiya İnstitutunun direktoru Mixail Ginzburq deyib.

Diyetoloq 40 yaşdan yuxarı qadınların, uşaqların böyük miqdarda şirniyyatları qida rasionundan çıxarmalarını tövsiyə edib:

“Hipertoniya və aterosklerozu olan 50 yaşdan yuxarı kişilər və aydın məsələdir ki, şəkərli diabet xəstələri şirniyyat yeməməlidirlər”.

Həkim onu da əlavə edib ki, bir çox şirniyyat müəssisələri məhsullarına tərkibində trans yağları olan ucuz palma yağını əlavə etdikləri üçün onların istifadəsi qan damarlarında və ürəkdə problemlər yarada bilər:

“Bir sözlə şəkər və yağın birləşməsi piylənməyə, ateroskleroza, diabetə, eləcə də bütün xroniki xəstəliklərə gətirib çıxarır”.

Teqlər: