Bu şəxslər məcburi narkoloji müayinədən keçiriləcək

Həqiqi hərbi xidmətə və kadr-zabit heyətinə könüllü daxil olan
şəxslərin icbari narkoloji müayinədən keçməsi nəzərdə tutulur.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ parlamentin bu gün
keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Narkoloji
xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu
haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi
xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi
barədə qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində və “Hərbi
qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi
vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun
layihəsində dəyişikliklər, narkomanlığın erkən müəyyən edilməsi və
profilaktikası məqsədilə hazırlanıb.

Hər iki sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan
şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma
əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit
heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən
keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq qəbul
edilib.

Teqlər: