Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının Rusiyada vətəndaşlıq alması asanlaşıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər.
Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının sadəcə rus dilini bilməsi onların vətəndaşlıq alması üçün kifayət edəcək.