Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əmək haqqı alacaq.
AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir, həmçinin bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əmək haqqına əlavə alacağı proqnozlaşdırılır:
“Əmək haqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.