Bu şəxs Tiflisin Moskva ilə dialoquna mənfi təsiri edir

Bu şəxs Tiflisin Moskva ilə dialoquna mənfi təsiri edir

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Tiflisin Moskva ilə dialoquna mənfi təsiri var.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın müxalif Vətəndaşlar Partiyasının üzvü Aleko Elisaşvili deyib.

“Bu şəxs öz solo rolunu oynayır və ölkələr arasında münasibətləri korlamaqla Ukraynada kiməsə xoş gəlmək istəyir. Belə bir zamanda səfir və ya səfir səlahiyyətlərini icra edən şəxs münasibətləri normallaşdırmağa çalışmalıdır”, – o bildirib.

Siyasətçinin sözlərinə görə, ukraynalı diplomat “suyu bulandırır”, bu da onları məyus etməyə bilməz:

“Kiyev digər ölkələrlə hava əlaqəsi məsələsinə qarışa bilməz”.

Teqlər: