İsmayıllının İvanovka kəndində mağaza işlədən bu şəxs kənddə yaşayan hər bir ailə üçün mağazanın açarının 150 ədəd surətini çıxarıb və açarları ailələrə verib.
AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Satıcı bunu belə əsaslandırıb ki, mağaza bağlı olanda günün istənilən vaxtında ehtiyacı olan hər bir ailə gəlib qapını açıb, ordan istədiyi ərzağı götürə bilsin.
Beləliklə, kənd sakinləri ödənişi mağazaya qoya, pulu olmayan isə dəftərə adını və məbləği yazıb, istədiyi malı götürüb gedə bilər.