Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə və Ordumuza borcluyuq – Diaspor nümayəndələri Şuşada (Trend TV)

Şuşa. Trend:

Bu gün Şuşadayam. Vətənimizdəyəm. Bura müqəddəs torpaqdır. Sevincimin həddi-hüdudu yoxdur.

Bunu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında Polşa Azərbaycanlıları Şurasının üzvü Nicat Həsənli deyib. O bildirib ki, Şuşanın azad olunması uğrunda şəhid olan və yaralanan dostlarımız var. Allah onlara rəhmət eləsin:

“Onların valideynlərinə vətən üçün belə oğullar böyütdüklərinə görə təşəkkür edirəm. Biz onların sayəsində bu torpaqlardayıq. Həmçinin cənab Prezidentimizə təşəkkür edirik ki, onun uzaqgörən siyasəti nəticəsində 30 illik həsrətində olduğumuz torpaqlarımıza qovuşmuşuq. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə və Ordumuza borcluyuq”.

Trend TV diaspor nümayəndələrinin Şuşaya səfərindən görüntüləri təqdim edir:

Teqlər: