Bu şərtlə Ukrayna taxılı ixrac ediləcək – Putin

Bu şərtlə Ukrayna taxılı ixrac ediləcək – Putin

Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırıq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyub.

“ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiyanın taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır.Türkiyə Cümhuriyyəti və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, qablaşdırılsın, yəni: biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də çıxış edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları toplamağı öz öhdələrinə götürdülər”, – Putin qeyd edib.

Teqlər: