Ölkədə çalışanların 76 faizi özəl sektordadır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bildirib.
O əlavə edib ki, bu gün dünyada inflyasiya davam edir:
“Bu da ölkəmizə, xüsusən də özəl sektora təsir edir. Özəl sektorun inkişiafı üçün qohum-qardaşlıqdan uzaq olmalıyıq. Özəl sektor ən azı 5-7 ili planlamalıdır. Qarşımızda olan ən böyük hədəf iqtisadiyyatımızı inkişaf etdirməkdir. Burada da özəl sektor xüsusi yer tutur”.