Bu şəkilə görə işdən çıxarıldı

Bu şəkilə görə işdən çıxarıldı

Prezidentin kəsik başını göstərən aparıcı işdən qovuldu. CNN komediya ustası Keti Griffin ilə yollarını ayırıb.

Kanal rəhbərliyi bu hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “CNN Keti Griffin ilə olan müqaviləsinə xitam verib”.

Komediya ustası qalmaqallı prezident Donald Trampın kəsilmiş başının rəmzi olan maketi əlində tutaraq video hazırlamışdı. Tramp özü də aparıcının bu addımına sərt reaksiya verib. O, “Twitter” səhifəsindən verdiyi açıqlamasında video ilə bağlı uşaqlarının, xüsusi ilə də 11 yaşlı oğlu Baronun çox kədərləndiyini və Griffinin hərəkətindən utanması gərəkdiyini yazmışdı.

Griffin isə yeni video yayaraq bu görüntülərin gülünc deyil, narahatlıq doğurucu olduğunu etiraf etmiş, Trampdan üzr istəmişdi. “Çox irəli getdim. Bütün qəlbimlə üzr istəyirəm”.

Griffin 2007-ci ildən bu günə kimi Anderson Koper ilə birlikdə CNN-nin yeni il gecəsi özəl yayınlarında aparıcılıq edib.

trampin-basi