Bu şəhərlərdə rezidenturaya qəbul imtahanı keçiriləcək

Bu şəhərlərdə rezidenturaya qəbul imtahanı keçiriləcək

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyunun 19-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə AzerTimes-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

“İmtahana buraxılış vərəqəsi” çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Teqlər: