Temperaturun anomal səviyyədə yüksəlməsi əsrin ortalarına qədər Təl-Əviv və Afinanı yaşayış üçün yararsız hala sala bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Marker” nəşri məlumat yayıb.
Alimlər düşünür ki, Təl-Əvivdə temperatur gələcəkdə ən azı 75 gün ərzində 33 dərəcədən yuxarı olacaq. Bu isə insanların vaxtlarının çoxunu qapalı yerlərdə keçirməsi ilə nəticələnəcək.