Ruslar Donetsk vilayətindəki Kuraxovo şəhərini tamamilə mühasirəyə ala bilərlər.
AzerTimes xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya müsahibəsində hərbi ekspert İvan Stupak deyib.
Ekspert bildirib ki, artıq ukraynalı hərbçilərin şəhərdə qalma müddəti həftələrlə ölçülür:
“Böyük təhlükə var. Kuraxovonun artıq 70%-i, bəlkə də daha çox hissəsi mühasirə altındadır”.
Onun sözlərinə görə, vəziyyət yalnız rusların resursları tükəndiyi və irəliləyə bilmədiyi halda dəyişə bilər.