Bu şəhərdən Bakıya birbaşa aviareyslər bərpa edilir

Bu şəhərdən Bakıya birbaşa aviareyslər bərpa edilir

Tacikistanın “Somon Eyr” aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Report-a Tacikistanın “Dourgard Adventures” turoperatorunun direktoru Gülrüxsor Nurova deyib.

“Hazırda Düşənbə-Bakı arasında uçuşlar test rejimində həyata keçirilir. Reyslərin mütəmadi olması planlaşdırılır”, – G. Nurova bildirib.

O hesab edir ki, iki ölkə arasında əlavə reyslərin açılması xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək:

“Bundan əlavə iki ölkə arasında mövcud olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək”.

Qeyd edək ki, “Somon Air” Tacikistanın milli aviadaşıyıcısıdır və Düşənbə hava limanında yerləşən aviaşirkət beynəlxalq sərnişin reyslərini Düşənbə və Xucənd şəhərlərindən həyata keçirir.

Azərbaycan Hava Yolları QSC-nin aşağı büdcəli törəməsi olan “Buta Eyrveys” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu 2023-cü ilin may ayında həyata keçirilib. Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşırdı.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hazırda iki ölkənin paytaxtı arasında birbaşa uçuşlar həyata keçirilmir.

Teqlər: