Rusiya qoşunları Donetsk vilayətinin Uqledar şəhərini faktiki olaraq mühasirəyə alıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya İctimai Palatasının Suverenlik məsələləri üzrə komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov deyib.
“Uqledar faktiki olaraq rus qoşunları tərəfindən mühasirəyə alınıb və onlar eyni vaxtda bir neçə istiqamətdən hücuma keçərək düşməni şimala doğru sıxışdırır. Nasistlərin (Ukrayna ordusu nəzərdə tutulur – red.) şəhərdəki mövqeləri artilleriya, aviasiya və “Solntsepek” ağır alov sistemləri ilə hücuma məruz qalır”, – o bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusunun şəhərdən geri çəkilmək üçün cəmi bir yolu qalıb, lakin o yol da Rusiya qoşunlarının atəş nəzarəti altındadır:
“Məsələn, on nəfərdən maksimum beşi şəhərdən qaçmağı bacarır. Uqledar Ukrayna qüvvələrinin yaraqlıları üçün daha bir bataqlıq nümunəsi oldu, onlara əvvəllər silahı yerə qoyub, təslim olmaq və canlarını xilas etmək təklif olunub”.