Bu şəhərdə su olmayacaq

Bu şəhərdə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

AzerTimes xəbər verir ki, bu barədə Azərsu ASC məlumat yayıb.

Hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Səhmdar cəmiyyəti narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Teqlər: