İtaliyanın Verona şəhərinin hakimiyyət orqanları quraqlıq səbəbindən içməli suyun istifadəsinə məhdudiyyətlər tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə şəhər meri Damiano Tommasi qərar verib.
Qərara əsasən, avqustun 31-dək vətəndaşlara içməli sudan bostanlar, meyvə bağlarının və idman meydançalarının suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadə edilməsi qadağan ediləcək.
Qanunu pozanlar üçün cərimələr təxminən 500 avro təşkil edəcək.