Bu şəhərdə 800 nəfərə Rusiya pasportu verildi

Bu şəhərdə 800 nəfərə Rusiya pasportu verildi

Ruslar işğal olunmuş Berdyanskda 800 nəfərə Rusiya pasportu paylayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaratdığı “Müqavimət” saytı məlumat yayıb.

“Qeyd edək ki, müharibədən əvvəl şəhərdə 113 minə yaxın insan yaşayırdı ki, onların da 88 mini böyüklərdir. Yəni iki ay ərzində az bir qisim sakin Rusiya pasportu alıb. Bu cür rəqəmlər işğalçılara dəstək səviyyəsini ən yaxşı şəkildə göstərir. Ruslar işğal olunmuş yaşayış məntəqələrinin sakinlərinə pasport verməklə təcavüzkar müharibəni qanuniləşdirməyə çalışırlar”, – məlumatda deyilib.

Teqlər: