Bu şəhər və rayonlara giriş-çıxış dayandırıldı

Bu şəhər və rayonlara giriş-çıxış dayandırıldı

Bu gündən (7 noyabrdan) etibarən 1 dekabr saat 06:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırıldı.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə qərar qəbul edib.