Rusiya qüvvələri Pokrovsk istiqamətində Ukrayna Müdafiə Qüvvələrinə təzyiqlərini dayandırmır.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi analitik İvan Stupak bildirib.
Ekspertin fikrincə, rusların Pokrovskda məqsədi Donetsk vilayətindəki Ukrayna qrupunu iki komponentə – şərti şimal və cənuba yolunu kəsməkdir. Yəni, klassik döyüş sənətinə görə, düşmənin qüvvələrini parçalamaq və onları hissə-hissə “yemək”.
Düşmən Pokrovska doğru irəliləməyə davam edir və yerli əhalinin təxliyəsinə cəmi bir-iki həftə qalıb:
“Kiyevin rəsmi rəhbərliyi bəyan edib ki, Pokrovsk şəhərinin yerli sakinlərinə öz şəhərlərini təhlükəsiz tərk etmək üçün 14 gün vaxtları var. Çox güman ki, payızda Pokrovsk şəhəri üçün ilk ciddi döyüşləri görəcəyik”.