Bu seçkinin nəticəsi bizim istədiyimiz, uğrunda mübarizə apardığımız, səs verdiyimiz şey deyildi.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ prezident seçkilərində rəqibi Donald Trampa uduzan Demokrat Partiyasının namizədi Kamala Harris deyib.
Xatırladaq ki, bundan əvvəl Kamala Harris respublikaçı rəqibi, keçmiş dövlət başçısı Donald Trampa zəng edərək onu seçkidə qələbəsi münasibətilə təbrik edib.