Bu seçicilər üçün panduslar hazırlandı – MSK sədri

Bu seçicilər üçün panduslar hazırlandı – MSK sədri

Ənənəvi olaraq görmə məhdudiyyətli seçicilərimizi nəzərə alırıq. Onlar üçün brayl əlifbası çap edilib, məntəqələrə göndərilib.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə 125 trafaret hazırlanıb, bütün məntəqələrə çatdırılacaq:

“Bununla da onlar səs verə biləcəklər”.

“Biz həmçinin hərəkət məhdudiyyəti olan seçicilərimiz üçün də panduslar quraşdırmaq təcrübəsinə malikik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlayırıq və bütün məntəqələrdə pandusların qoyulmasının təmin olunmasına çalışırıq. 2471 məntəqəyə panduslar qoyulacaq”, – deyə MSK sədri əlavə edib.

Teqlər: