Ukrayna Rusiya ilə hərbi əməliyyatların dayandırılmasına zəmin yaratmaq üçün bu il baş tutması gözlənilən ikinci liderlər sammitini keçirmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.
“İkinci sammitdən gözləntilərimiz ondan ibarətdir ki, bu, ədalətli sülhə nail olmaq üçün müharibəni mümkün qədər tez bitirməliyik”, – deyə Yermak bildirib.