Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib: “Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik”.