Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bu gündən etibarən şəhərlərarası və rayonlararası gediş-gəliş bərpa olunub.

AzerTimes-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən eyni zamanda Azərbaycanda ticarət obyektləri, bərbərxana və gözəllik salonları da öz fəaliyyətini bərpa ediblər.

Respublika ərazisində artıq uzun müddət idi ki, sözügedən obyektlər bağlı idi, bəziləri isə online fəaliyyət göstərirdilər. Artıq bu gündən etibarən isə bu sahələr yerində xidmətə başlayıblar. Bunu üçün onlar son bir neçə gün idi ki, hazırlıq işləri görürdülər.

Obyektlərin daxili hissəsində gigiyenik qaydalarına uyğun müəyyən təmizlik və dezinfeksiya işləri aparılıb, giriş qapısına elanlar vurulub.

Mağazaya daxil olmaq istəyən şəxslərin üzündə mütləq şəkildə maska olmalıdır. Əlavə olaraq girişdə olan dezinfeksiya məhlulu ilə əllər dezinfeksiya edilməlidir.

Xatırladaq ki, ötən ilin dekabr ayının 14-dən ictimai iaşə obyektlərinin yerində xidmət dayandırılmışdı.

FOTO: Zaur Mustafayev

Teqlər: