Qərb ölkələri Rusiyanın qeyri-qanuni olaraq ələ keçirilən aktivlərinin oğurlanması üçün hüquqi baza yaratmağa çalışırlar.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
“BMT Baş Assambleyası Rusiyanın Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməsi ilə bağlı məcburi olmayan qətnamə qəbul edib. Nəticələr: Anqlo-saksonlar qeyri-qanuni olaraq ələ keçirilən Rusiya aktivlərinin oğurlanması üçün qanuni əsasları bir araya gətirməyə çalışırlar”, – Medvedyev qeyd edib.
Qeyd edək ki, BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul edib.