Krım körpüsü strateji əhəmiyyətə malikdir və Rusiyanın işğal olunmuş Krıma öz iradəsini tətbiq etməsinin simvoludur. Körpü həm də taktiki dəyərə malikdir, logistikanın bir hissəsi körpüdən keçir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Mark Montqomeri deyib.
“Logistika üçün daha vacib olan bərə xidməti də var. Ona görə də hər iki hədəfi vurmaq lazımdır. Bu, legitim hərbi hədəfdir. Onlar (ukraynalılar) zərbə vurmaq üçün lazım olan silahlara sahibdirlər deyə, bunu düşünə bilərlər. Lakin onlar bu silahlardan harada istifadə edə biləcəklərini də ölçməlidirlər, çünki Ukraynada məhdud sayda uzaq mənzilli ATACMS raketləri və ya digər sistemlər var”, – o bildirib.