Bu, Rusiyanın “geosiyasi əminliyi”ni sarsıtdı – FT

Bu, Rusiyanın “geosiyasi əminliyi”ni sarsıtdı – FT

İyunun 1-də Rusiya strateji aviasiyasına qarşı Ukrayna ordusunun əməliyyatı zamanı dəymiş ziyan olduqca ciddidir

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms”a “Frontelligence Insight” analitik qrupuna rəhbərlik edən keçmiş ukraynalı zabit deyib.

O bildirib ki, bu zərər Rusiyanın döyüş meydanındakı mövqeyinə çətin ki, birbaşa təsir etsin:

“Bu, həqiqətən də Rusiyanın strateji imkanlarını azaldır”.

Ukraynalı zabit qeyd edib ki, Ukraynanın hücumu Rusiyanın “geosiyasi əminliyini” sarsıdır.

Qeyd edək ki, Ukrayna dronları Rusiyanın 5 şəhərində 5 aerdroma kütləvi zərbələr endirib. Hücumlar nəticəsində 40-dan çox təyyarə sıradan çıxarılıb.

Teqlər: