Bu, Rusiya üçün qəbuledilməzdir – Peskov

Bu, Rusiya üçün qəbuledilməzdir – Peskov

Rusiyalı jurnalistlərin ABŞ-da saxlanması media azadlığı prinsiplərinə ziddir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bütün rəsmiləşdirmələri yerinə yetirdikdən və ölkəyə giriş icazəsi almaq üçün bütün prosedurlardan keçdikdən sonra jurnalistlərə qarşı belə münasibət media azadlığı prinsiplərinə ziddir. Və təbii ki, bu bizim üçün qəbuledilməzdir”, – o bildirib.

Qeyd edək ki, “İzvestiya”nın operatoru Vladimir Borovikov Amerika hava limanında saxlanılaraq 10 saat dindirilib, daha sonra isə vizası ləğv edilib. O, bütün bu müddət ərzində rabitəsiz qaldığını bildirərək, təyyarəyə mindikdən sonra da ona telefonunu vermədiklərini qeyd edib.

Teqlər: