Ukraynaya Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsi Rusiya üçün güclü mesajdır.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bu, uzun bir yol olacaq. Ukrayna, Moldova və Gürcüstanın Avropaya inteqrasiya proseslərində sürətlə hərəkət etmək üçün hər şey var”, – Makron qeyd edib.