Bu, Rusiya üçün dəhşətli məğlubiyyət olacaq

Bu, Rusiya üçün dəhşətli məğlubiyyət olacaq

Orada üçüncü gündür ki, şiddətli döyüşlər davam edir, lakin Ukrayna qoşunlarının qəhrəmancasına səyləri nəticəsində düşmən ciddi irəliləyiş əldə etməyib.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik rus ordusunun Avdeyevkada son günlər fəallaşması barədə danışarkən deyib.

O qeyd edib ki, Ukraynanın müdafiə qüvvələri Avdeyevkanı saxlamağa davam edir və rusların irəliləməsinə imkan vermir, lakin düşmənin ən azı bir neçə “qələbə” göstərməsi çox vacibdir. Bu aktivləşmənin səbəbi Baxmutdur.

“Onlar heç bir şəraitdə onu (Baxmut – red.) itirə bilməzlər – bu, siyasi əhəmiyyət daşıyır. Baxmut mühasirəyə alınan və həmin qrup məhv edilən, bir neçə min rus təslim olanda bu, Rusiya üçün böyük bir məğlubiyyət olacaq. Onlar bunun baş verməməsi üçün əllərindən gələni edirlər. Həm Kupyansk-Limanski istiqamətində, həm də Avdeyevka istiqamətində onların hücum hərəkətlərinə məhz belə baxmaq lazımdır”, – ekspert vurğulayıb.

Teqlər: