Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı arasında münaqişə Avdeyevkanın təslim olmasına səbəb olub.
AzerTimes xəbər verir ki, bunu “Bild” nəşrinin hərbi eksperti Julian Röpke deyib
Ekspert qeyd edib ki, prezidentlə generalın Avdeyevka probleminə fərqli yanaşmaları olub və onların mübahisəsi məhz Rusiyanın bu şəhərə hücumu səbəbindən qızışıb:
“Zalujnı 2023-cü ilin mayında Baxmutda olduğu kimi, böyük itkilərlə qoşunların mühasirəyə alınmasının qarşısını almaq istəyirdi. Zelenski isə son dəqiqəyə qədər Avdeyevkanı müdafiə etməkdə israr edirdi. Zalujnının tələb etdiyi kimi noyabrın ortalarında geri çəkilmək əvəzinə, dekabrın sonunda prezident özü şəhərə getdi”.
O qeyd edib ki, Avdeyevka bir sıra rus fəthlərinin və Ukrayna məğlubiyyətlərinin ilkin kuliminasiya nöqtəsi ola bilər.