

Berlindəki Rus Evi, Rusiyanın Almaniyadakı diplomatik və mədəni fəaliyyəti ilə bağlı digər obyektlər bağlanmalıdır.
AzerTimes xəbər verir ki, bunu Xristian Demokratlar İttifaqından olan deputat Roderix Kizevetter deyib.
“Moskvadan artan kiberhücumlar, təxribat aktları fonunda daha çox rusiyalı diplomatın ölkədən qovulmasına ehtiyac var”, – o bildirib.