Yeni il bayramı ilə əlaqədar olaraq bəzi univristetlər əməkdaşlarına pul mükafatları verir.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata əsasən ADNSU-nun rektor əvəzi Vazeh Əsgərovun müvafiq əmri ilə bayram ilə əlaqədar universitetin bütün əməkdaşlarına vəzifələrindən asılı olaraq 300, 400 və 500 manat məbləğində pul mükafatı verilib.
Həmçinin Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin bütün əməkdaşlarına 200 manat məbləğində, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev isə əməkdaşlara maaşlarının 30%-i məbləğində pul mükafatının verilməsi ilə bağlı əmr imzalayıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın əmri ilə ADU-nun əməkdaşlarına da bayramı ilə əlaqədar pul mükafatı veriləcəyi bildirilib. 2024-cü ildən isə universitet əməkdaşlarının maaşının artırılması nəzərdə tutulur.