İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-dən AzerTimes-a bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq planlı təmir işləridir.
Bununla əlaqədar “Saatlı Əlillər evi”, “Otuzikilər”, “Qaracalar”, “İmişli 1 və 2”(Əhali)”, həmçinin “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Məhdudiyyət saat 09:30-dan etibarən təmir işləri başa çatanadək davam edəcək.