Bu rayonlarda qar yağıb

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Düşən yağıntının miqdarı Yardımlı 27.0 mm, Biləsuvar 26.0 mm, Ləzədə (Qusar)11.0 mm, Şahbuzda 7.0 mm, Ağdərədə (Ordubad) 6.0 mm, Şabran, Ordubadda 4.0 mm, Xınalıq, Lerik, Quba, Qrızda 3.0 mm, Astara, Şərurda 2.0 mm, Qusar, Xaltan, Sədərəkdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında yağan yağış 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıq, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm təşkil edib.


Şimal-qərb küləyi arabir Naftalanda 28-32 m/s, Şəki, Tərtərdə 25 m/s, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20 m/s, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan MR-da 5-10 şaxta olub.

Teqlər: