Bu rayonlarda arxeoloji tədqiqatlar aparılır – SİYAHI

Xəbər - Çingiz Səfərli – Trend:

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2021-ci ilin əvvəlindən etibarən 11 arxeoloji ekspedisiyası işini başa vurub.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib.

Aşağıdakı rayonlarda arxeoloji ekspedisiyalar işini yekunlaşdırıb:

1) İsmayıllı
2) Yardımlı
3) Ordubad
4) İmişli və Biləsuvar
5) Ağdam
6) Tovuz (Göytəpə yaşayış yeri)
7) Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu
8) Naftalan
9) Yardımlı
10) Qusar (Qızılgül)
11) Ağcabədi (Qalatəpə)

Daha 19 arxeoloji ekspedisiya isə il ərzində tədqiqatlarını davam etdirməkdədir:


1) Gəncə-Qazax
2) Mingəçevir
3) Gəncə-Qazax
4) Xınalıq Dövlət Tarix Mədəniyyət Qoruğu
5) Lahıc
6) Bakı-Abşeron
7) Beşbarmaq Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğu
8) Ağstafa
9) Qarabağ və ətraf azad olunmuş ərazilər
10) Bərdə (Şortəpə) və Tərtər (Toxmaqtəpə)
11) Şəki (“Yuxarıbaş” və “Kiş”)
12) Goranboy (Qaraçinar)
13) Füzuli (Lələtəpə)
14) Gədəbəy (Kiçik Qaramurad)
15) Babək (Naxçıvan, Meydantəpə)
16) Salyan (Qırxçıraq) və Lənkəran (Bəlləbur)
17) Qəbələ (Qala)
18) Şamaxı və İsmayıllı
19) Balakən (Tülü kəndi, alban kilsəsi)

Həmçinin, qeyd edilib ki, 3 etnoqrafik ekspedisiya hazırda fəaliyyətə başlamaqdadır. İl ərzində yerli rəsmi dövlət orqanlarının müraciəti əsasında tikinti və təsərrüfat işləri zamanı aşkarlanmış abidə və maddi mədəniyyət nümunələrinə baxış üçün institutun əməkdaşları müxtəlif bölgələrə ezam olunub.

Twitter: @cingizsafarli

Teqlər: